Azərbaycanlı müğənninin yeni mahnıları - VİDEO - FOTOSESSİYA

26 İyul 2012 17:04
Müğənninin prodüseri Samir Xəttabın Milli.Az-a verdiyi məlumata görə, repertuarını zənginləşdirməyə doğru gedən Sabirin yeni "Потерял" ("İtirdim") adlı mahnısı Youtube kanalında da təqdim olunub.

Sabir, həmçinin müəllifi tanınmış bəstəkar-müğənni Vitaliy Romanov olan "Семья" ("Ailə") adlı mahnıni da internet istifadəçilərinin ixtiyarına buraxılıb. Qeyd edək ki, sözügedən mahnının Sabir tərəfindən ifa edilməsini Romanov özü istəyib.

Sabirin işləri bununla bitmir. Müğənni yay boyu digər həmkarlarından fərqli olaraq dincəlməyi yox, işləməyi üstün tutdu. Sabir yeni mahnılarından birinə klip çəkdirməyi də düşünür. Bununla yanaşı, müğənninin yeni mahnılarından ibarət albomu da hazırlanır. Albom payız aylarında təqdim olunacaq.

S.Əhmədovun mahnılarını təqdim etdiyimiz videoda izləyə bilərsiniz.

Onu da bildirək ki, Sabirin yeni fotosessiyasının müəllifi Vüqar İbadovdur. 

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.