Uşaqlar üçün oyuncaqların təhlükəsizliyi valideynlərin ən çox diqqət etdiyi məsələlərdən biridir. Mütəxəssislər oyuncaqların sertifikatlı, yüksək keyfiyyətli və zərərsiz materiallardan hazırlanmış olmasının vacib olduğunu vurğulayır. Uşaqların sağlamlığını qorumaq üçün parlaq görünüşə baxmayaraq təhlükəsizliyi təsdiqlənməmiş məhsullardan uzaq durmaq lazımdır.
Terapevt Nadejda Çernışova uşaqlar üçün oyuncaqların seçiminə dair danışaraq onların mütləq sertifikatlı, uşaq mağazalarından və yüksək keyfiyyətə malik olmasının vacib olduğunu vurğulayıb.
Milli.Az xəbər verir ki, o, bildirib ki, uşaqlara yalnız təhlükəsizliyi təsdiqlənmiş, zərərsiz materiallardan məsələn, keyfiyyətli plastik və ya rezindən hazırlanmış məhsullar təqdim edilməlidir. Parlaq və cazibədar görünən, lakin təhlükəsizliyi şübhə doğuran oyuncaqlardan isə uzaq durmaq lazımdır.
Çernışova həmçinin qeyd edib ki, oyuncağın ölçüsü önəmli deyil, əsas məsələ onun uşağın sağlamlığı üçün risk yaratmamasıdır.
Asya
Milli.Az