"Porsche"nin ən güclü modeli bu ay təqdim olunacaq

2 Sentyabr 2025 04:04

Almaniyanın məşhur avtomobil markası "Porsche"nin Çin nümayəndəliyi brendin indiyədək istehsal etdiyi ən güclü 911 modeli sayılan yeni "Porsche 911 Turbo S"in dünya üzrə təqdimat tarixini açıqlayıb.

Milli.Az xəbər verir ki, "Weibo"da verilən açıqlamaya görə, yeni "911 Turbo S" modeli 7 sentyabrda qlobal səviyyədə təqdim olunacaq. Avtomobil həvəskarları həmin gün canlı yayıma dəvət olunurlar.

Modelin dizaynında tanınan təkər tağları və ön bamper saxlanılıb. Qeyri-rəsmi məlumatlara əsasən, avtomobil 3,7 litrlik altı silindrli mühərrik və 700+ at gücündə hibrid sistemlə təchiz olunacaq.

Asya
Milli.Az