Kerem Aktürkoğlu ilə razılaşan "Fənərbağça" daha bir transferə imza atıb.
Milli.Az xəbər verir ki, "sarı-lacivərtlər" PSJ-dən Marko Asensionun keçidini bitirib. Futbolçu bu gecə İstanbula gələcək.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. O, 2023-cü ildən PSJ-nin formasını geyinir.
Milli.Az