Attraksiona görə həyatından oldu

31 Avqust 2025 15:58

Filippinli turist Honkonqdakı məşhur "Əbədi donan ürək" attraksionuna əyləşib və qurğu işə düşəndən qısa müddət sonra həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yürüş zamanı xroniki xəstəliyi olan 53 yaşlı kişi huşunu itirib və komaya düşüb.

Həmin şəxs dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Milli.Az