Türkiyə Portuqaliyaya da şans vermədi

31 Avqust 2025 10:13

Kişi basketbolçuları arasında Avropa çempionatında III turun oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, A qrupunda yer alan Türkiyə millisi üçüncü matçında Portuqaliya ilə üz-üzə gəlib.

Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılan görüş "ay-ulduzlular"ın 95:54 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə seçməsi 1/8 finala vəsiqəni təmin edib.

Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı isə 92:78 hesabı ilə üstələyib.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.

Milli.Az