Taksilərin qiyməti artıb? - AÇIQLAMA - YENİLƏNİB

1 Sentyabr 2025 14:02

Son günlər günün pik saatlarında "Bolt" taksi qiymətlərində müşahidə olunan qiymət artımı müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, ən qısa məsafələrdə belə qiymətin xeyli yüksək olduğu nəzərə çarpıb.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən "Bolt" şirkətinin Azərbaycandakı xidmətinin rəhbəri Naim Əzizov qiymət siyasətlərində hər hansı dəyişiklik və minimum qiymətdə artım olmadığını bildirib.

---------

30 avqust

Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb.  

Bildirilib ki, "Uber" şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, "Bolt" şirkəti üçün isə 3,50 AZN olub.

Qeyd edək ki, daha əvvəl ən yaxın ünvana minimum gediş haqqı 2,50 AZN təşkil edirdi.

Milli.Az