SON DƏQİQƏ: Mourinyo “Fənərbağça”dan qovuldu

29 Avqust 2025 11:43

"Fənərbağça" baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Joze Mourinyo ilə əməkdaşlığa son qoyub.

Klub bununla bağlı açıqlama yayıb:

"2024-2025 mövsümündən Peşəkar Futbol A Komandamızın meneceri olan Joze Mourinyo ilə yollarımızı ayırdıq. Ona komandamız üçün göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, 62 yaşlı məşqçi 2024-2025 mövsümündən etibarən "Fənərbağça"nı çalışdırırdı.

Milli.Az