00:58
Moskva Akademik Satira Teatrının saxlanılan keçmiş direktoru Məmmədəli Ağayev dələduzluq işi üzrə 10 ilə qədər həbslə üzləşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə vəkil Sergey Çerski məlumat verib.
Qeyd edək ki, sabiq teatr direktoru büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunur. İstintaqın məlumatına görə, saxlanılan şəxs 20 milyon rubldan çox (təxminən 422 394 manat - red.) vəsaiti mənimsəyib. Onun əməlləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə tövsif edilib.
------------
19:58
Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi Moskvada saxlayıblar.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları Federal Təhlükəsizlik Xidmətinin Moskva şəhəri və Moskva vilayəti üzrə İdarəsinin əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir", - o, öz teleqram kanalında yazıb.
Təqsirləndirilən şəxs istintaq fəaliyyətinin aparılması üçün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairəsinə çatdırılıb. Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.
Məmmədəli Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Milli.Az