Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş - SİYAHI

28 Avqust 2025 18:02

Qida Təhlükəsizliyi Agentliyi iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.

AQTA-dan Milli.Az-a verilən xəbərə görə, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb. Bu sahədə yoxlamalar davam etdirilir.

Uyğunsuzluq müəyyən edilmiş müəssisələr və su aparatı aşağıdakılardır:

1    "Pak Su" əmtəə nişanlı su    Fiziki şəxs Aqşin Quliyev Salam oğlu    Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi 
şosesi 294B
2    "İceberg" əmtəə nişanlı su    Fiziki şəxs Elman Niftəliyev Elşən oğlu    Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsi, 
ev 245
3    "Şeh Su" əmtəə nişanlı su    "Şeh Group" MMC    Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıbəyli küçəsi, ev 5
4    İçməli su    Fiziki şəxs Azər Dadaşov Balahəsən oğlu    Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllə, 6-cı korpus, 1-ci mərtəbə
5    "Saf Su" əmtəə nişanlı  su    Fiziki şəxs Pərviz Ağayev Teymur oğlu    Bakı şəhəri, Binəqədi rayonu, 241A
6    "Arı" əmtəə nişanlı su    Fiziki şəxs Lalə Kərimova Eldar qızı    Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 2-ci döngə, 
giriş 418-17
7    "Duruca" əmtəə nişanlı su    "İsaoğulları" MMC    Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə atçılıq, Donuzkökəltmə sovxozu ərazisi
8    "Venera" əmtəə nişanlı su    "Asenat" MMC    Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qaibov küçəsi 6
9    İçməli su    Fiziki şəxs Tarifxan Balabəyov Tahir oğlu    Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, A.Göyüşov küçəsi
10    "İdeal" əmtəə nişanlı su    Fiziki şəxs Səttər Fərhadov Əli oğlu    Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi, ev 42
11    "Duru Su" əmtəə nişanlı su    Fiziki şəxs Şamxal Salmanzadə Nərman oğlu    Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87
12    İçməli su    Fiziki şəxs Səməd Əsədov İmanqulu oğlu    Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti,  3068-ci məhəllə
13    "Aqua Flot" əmtəə nişanlı su    "Zemz" MMC    Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsi 5
14    "Suel" əmtəə nişanlı su    Fiziki şəxs Samir Fətəliyev Həzi oğlu    Bakı şəhəri, Nizami
rayonu, Ə.Vəliyev küçəsi 121
15    "Mono Su" əmtəə nişanlı su    "Buzdağı" MMC    Bakı şəhəri, Nizami
rayonu, B.Çobanzadə küçəsi, ev 1
16    "Butasu A" əmtəə nişanlı su    "Butasu A" MMC    Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 4K 
17    "Abşirin" əmtəə nişanlı su    Fiziki şəxs Sevda Zeynalova Nofel qızı    Abşeron rayonu, Novxanı kəndi
18    "Ayna Su" əmtəə nişanlı su    Fiziki şəxs Anar Fətullayev Bahadur oğlu    Abşeron rayonu, Qobu qəsəbəsi
19    "Assu" əmtəə nişanlı su    Fiziki şəxs Sakit İbrahimov Hüsi oğlu    Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, ev 36
20    "Abi Həyat" əmtəə nişanlı    Fiziki şəxs Bəylər Əzizov Abas oğlu    Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi

Su aparatı

1    "Su Az" əmtəə nişanlı su    "Su Az" MMC    Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 11b

Milli.Az