"9 noyabr 9 noyabrda qaldı"

28 Avqust 2025 17:17

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın artıq qüvvəsini itirdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə danışıb.

"Noyabrın 9-na qayıtmağın mənası yoxdur. Həmin tarix özündə qaldı", - Ermənistanın hökumət başçısı bildirib.

Hüseyn
Milli.Az