Erlinq Holand soyadını dəyişdirdi

28 Avqust 2025 16:47

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Norveç millisindəki formasında soyadını dəyişdirib.

Milli.Az xəbər verir ki, bu barədə Norveç yığmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu bundan sonra "9" nömrəli formanı "Braut Haaland" soyadı ilə geyinəcək.

25 yaşlı hücumçu indiyədək yalnız atasının soyadı ilə tanınırdı. Lakin o, anası Qryu Marita Brautun soyadını da əlavə etməyi qərara alıb.

Beləliklə, Holann Norveç millisində hər iki valideyninin soyadını daşıyaraq meydana çıxacaq.

Hüseyn
Milli.Az