"Braqa" “Qarabağ”ın Çempionlar Liqasına yüksəlməsini belə qeyd etdi - VİDEO

28 Avqust 2025 17:47

Portuqaliyanın "Braqa" klubu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə maraqlı təbrik paylaşımı edib.

Milli.Az xəbər verir ki, bu paylaşım klubun rəsmi "TikTok" hesabında yerləşdirilib.

Postda məşhur filmdən bir ağlama səhnəsi istifadə olunub və üzərinə belə yazılıb: "Qarabağ"ın Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm".

Videonun açıqlama hissəsində isə əlavə edilib: "Sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik".

Həmin paylaşımı sizə təqdim edirik:

Milli.Az