“Beşiktaş” ulduzunu komandadan GÖNDƏRDİ

28 Avqust 2025 15:26

"Beşiktaş"da daha bir futbolçu ilə yollar ayrılıb.

Milli.Az xəbər verir ki, "qara qartallar" Aleks Oksleyd-Çemberleyni komandadan göndərib.

Klubun mətbuat xidməti məlumatına görə, razılaşmaya əsasən, İstanbul nəhəngi 32 yaşlı oyunçuya 1,75 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, zədələrdən başı açılmayan İngiltərə millisinin keçmiş ulduzu 2023-cü ildə "Beşiktaş"a transfer olunmuşdu.

Tural
Milli.Az