22:54
Gəncədə iki minik avtomobilinin toqquşması zamanı xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1989-cu il təvəllüdlü A. Nəsibova, 1984-cü il təvəllüdlü P. Nəsibov və 1984-cü il təvəllüdlü V. Məmmədovdur.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
-------
21:40
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "AUDİ" markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Milli.Az