Əfqanıstanda güclü zəlzələ oldu

27 Avqust 2025 18:54

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Bədəxşan vilayəti olub.

Zəlzələ Özbəkistanın 7 rayonunda və Daşkənddə də hiss olunub.
 

Milli.Az