Mourinyodan “Fənərbağça” rəsmisinə sərt cavab - “Onu tanımıram”

27 Avqust 2025 19:07

"Bəlkə də klub daxilində öz mövqeyini gücləndirmək üçün belə danışıb".

Milli.Az xəbər verir ki, bunu "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında söyləyib.

Mütəxəssis bu fikirləri İstanbul klubunun vitse-prezidenti Həmdi Akının açıqlamasına cavab olaraq deyib: "Sabahkı qarşılaşmanın asan olacağını bildirən şəxsin kim olduğunu bilmirəm. Mən onu tanımıram".

Xatırladaq ki, "Fənərbağça"nın vitse-prezidenti Hamdi Akın daha əvvəl "Benfika"nı rahatlıqla məğlub edə biləcəklərini və onların ciddi rəqib olmadığını söyləmişdi.

Milli.Az