Runidən sonra bunu edən 2-ci futbolçu oldu

27 Avqust 2025 17:30

Xəbər verdiyimiz kimi, "Liverpul" ötən gecə Premyer Liqanın 2-ci turunda səfərdə "Nyukasl"la qarşılaşıb.

Milli.Az xəbər verir ki, görüşdə son nöqtəni 16 yaşlı Rio Nqumoa qoyub. 

Onun 90+10-cu dəqiqədə vurduğu qol Mersisayd təmsilçisinə qələbə gətirib. (3:2)

Bu, eyni zamanda gənc futbolçunun qırmızı formada ilk qolu olub.

Nqumoa qələbə qolunu vuran ən gənc 2-ci futbolçu (16 yaş 361 gün) olub. Bunu ondan öncə Ueyn Runi (16 yaş 360 gün) edə bilmişdi. /"Qafqazinfo"

Milli.Az