Əfqanıstanda avtobus aşdı - Xeyli sayda ölən var

27 Avqust 2025 12:09

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusu aşıb.

Milli.Az Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qaniyə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Nazirlik sözçüsünün bildirdiyinə görə, qəzaya səbəb sürücü ehtiyatsızlığı olub.

Xatırladaq ki, Əfqanıstanda bir neçə gün əvvəl də avtobus qəzası baş verib, nəticədə 79 nəfər ölüb.

Milli.Az