İlham Əliyev: Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil

27 Avqust 2025 10:30

Dövlətlərarası münasibətlərimiz (İranla - red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq.

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin (İran Prezidenti - red.) mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil".

Milli.Az