Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq

27 Avqust 2025 10:29

Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində bildirib.

"Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az