Qonşu ölkədə 6,2 bal ZƏLZƏLƏ oldu

27 Avqust 2025 09:15

Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumatda qeyd olunur: "Zeysmik hadisənin maqnitudası 6,2-dir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən məsafəsi 276 km-də yerləşib".

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az