İngiltərə nəhənginin futbolçusu maaşa görə klubdan GEDİR

27 Avqust 2025 11:13

"Mançester Yunayted"in gənc yarımmüdafiəçisi Kobbi Maynunun klubdan ayrılmaq ehtimalı var.

Milli.Az xəbər verir ki, 20 yaşlı futbolçu ilə yeni müqavilə məsələsində razılıq əldə olunmayıb.

Maynu həftəlik 174 min avro məvacib tələb edir. Hazırda isə onun maaşı təxminən 30 min avro təşkil edir.

Gənc oyunçunun "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, 2024/2025 mövsümündə bütün yarışlarda 37 qarşılaşmaya çıxaraq 2 qol vurub və 1 asistlə yadda qalıb.

"Transfermarkt"ın məlumatına əsasən, Kobbi Maynunun bazar dəyəri 50 milyon avro civarında qiymətləndirilir.

Hüseyn
Milli.Az