Bakıda evin həyətindən meyit tapıldı

26 Avqust 2025 20:16

Bakıda evin həyətindən kişi meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələsgərov küçəsində qeydə alınıb.

49 yaşlı Dadaşov Qiyas Əlibala oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Araşdırma aparılır.

Milli.Az