Boğaz ağrısı zamanı uzaq durmalı olduğunuz qidalar

26 Avqust 2025 21:28

Boğaz ağrısı zamanı bəzi qidalar xəstəliyin gedişatını daha da ağırlaşdıra, qıcıqlanmanı artıraraq sağalmanı ləngidə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu qidaların istifadəsini qətiyyən tövsiyə etmir:

Çox isti və ya çox soyuq qidalar - selikli qişaya zərər verə bilər.

Acılı və ədviyyatlı yeməklər (istiot, acı souslar, sirkəli məhsullar) - yanma və qıcıqlanmanı artırır.

Qızardılmış və yağlı yeməklər - həzmi çətinləşdirir və boğazı qıcıqlandırır.

Quru və sərt qidalar (çips, suxarı, biskvit, quru çörək) - boğazı cıza bilər.

Qazlı və enerji içkiləri - əlavə iltihab yaradır.

Çox şirin məhsullar (tort, şokolad, şirniyyat) - bakteriyaların çoxalmasını sürətləndirir.

Turş meyvələr və qidalar (portağal, limon, ananas, pomidor) - boğazda yanma hissini gücləndirir.

Əvəzində boğaz ağrısı zamanı ilıq və yumşaq qidalar - toyuq bulyonu, ilıq süd, yumşaq sıyıq, banan və bal əlavə olunmuş çay daha faydalı hesab edilir.

Milli.Az