Metronun gəlirləri ARTDI

26 Avqust 2025 16:07

Bu ilin yanvar-iyun aylarında "Bakı Metropoliteni" QSC sərnişindaşımadan 54 milyon 37 min manat gəlir əldə edib.

Mili.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22.7% çoxdur.

İlin birinci rübündə Bakı metrosu ilə 111 milyon 394 min sərnişin daşınıb. Bu isə illik müqayisədə 1.6% azdır.

Milli.Az