Markov Rusiyanı tərk edəcək?

26 Avqust 2025 14:33

Rusiyalı politoloq Sergey Markov ölkəni tərk etməyi düşünmədiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat onun Telegram kanalında paylaşılıb.

Markov bildirib ki, Rusiya onun sevimli ölkəsidir və o, həmişə Rusiyanın yanında olacaq. Politoloq həmçinin Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab etdiyini və Prezident Vladimir Putinin siyasətini dəstəklədiyini vurğulayıb.

O, əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ondan xarici agent statusunun ləğv olunacağına ümid edir.

Milli.Az