Qayğı, şəfqət və mehribanlıq ürəklərdə sonsuz sevgi, rəğbət və inam yaradır - VİDEO - FOTO

26 Avqust 2025 11:52

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplara aid  benefisiarları hazırladıqları musiqi nömrəsi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edirlər.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində həssas əhali qruplarının diqqət və qayğı ilə əhatə olunması mühüm yer tutur.

Onun təşəbbüsü ilə son illər yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də bu həssas qruplara - əlilliyi olan şəxslərə, şəhid və aztəminatlı ailələrin üzvlərinə, valideyn himayəsindən məhrum uşaqlara və b. yüksək diqqət və qayğını özündə təcəssüm etdirir.

Hər il qeyd edilən kateqoriyalara aid yüzlərlə uşaq və gəncin yaradıcı potensialının, bacarıqlarının inkişafına dəstək göstərən Mərkəz onların həyatında yeni-yeni uğurlu başlanğıclara, nailiyyətlərə doğru yol açır.

Bu gün isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara olan daimi qayğı, şəfqət və mehribanlığının ürəklərində yaratdığı sonsuz sevgi, rəğbət və inam hisslərini gözəl mahnı klipinə çevirərək onu təbrik edirlər.

Milli.Az