"Hyundai" AŞDI - ölən və yaralanan var

26 Avqust 2025 09:38

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunda qeydə alınıb.  

Hərəkətdə olan "Hyundai İX35" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Aynur Həsənova hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Fuad Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az