"Aygün Bəylərin qızı evimə gəlir, amma mənimlə danışmır" - VİDEO

25 Avqust 2025 22:50

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıqlaması ilə diqqət çəkib. 

Milli.Az xəbər verir ki, Zümrüd "Xəzər axşamı" proqramında müğənninin qızı Cananın onu danışdırmadığını deyib:

"Canan qızımın yanına gəlib-gedir. Amma mənimlə danışmır. Onu Aygünün balası soruşub, xəbər tuturam, qapıma gəlir. Sosial şəbəkədə mənə yazırlar "Aygünün davamçısı". Görürəm ki, xoşları gəlmir, deyirlər, Aygünün bir davamçısı var, o da qızıdır. Mən onun yadigarı deyiləm, sənətinin davamçısıyam". 

Qeyd edək ki, Aygün Bəylər ötən il uzun sürən xərçəng xəstəliyindən vəfat edib.  (Axşam.az)
 

Milli.Az