Kəmaləddin Heydərov Ləman Məmmədovaya vəzifə verdi

25 Avqust 2025 16:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Şahhüseynov Aleksey Teymuroviç vəzifəsindən azad edilib. Onun yerinə Məmmədova Ləman Aydın qızı təyin olunub.

Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə əyin olunmuşdu.

Milli.Az