Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb

25 Avqust 2025 09:38

Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

Milli.Az xəbər verir ki, dünən saat 10 radələrində Qobustan rayonu Ərəbqədim kənd sakinləri 2010-cu il təvəllüdlü E.Cavadlı, 2007-ci il təvəllüdlü T.Cavadov, 1992-ci il təvəllüdlü R.Cavadlı Pirsaat çayının rayonun Poladlı kəndi ərazisindən keçən hissəsində çayda boğularaq ölüblər

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az