"Ukraynada ABŞ qoşunları olmayacaq"

25 Avqust 2025 10:30

"Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada ABŞ qoşunları olmayacaq."

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Devid Vens deyib.

"Tramp çox aydın ifadə etdi - Ukraynada ABŞ qoşunları olmayacaq. Amma biz ukraynalılara müharibəni bitirmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini, ruslara isə müharibəni bitirə biləcəkləri duyğunu verməyə çalışmaqda davam edəcəyik", - Vens bildirib.

Vens etiraf edib ki, Rusiya atəşkəs istəmir. Lakin ABŞ prezidentinin təzyiq göstərmək və bu müharibəni bitirməyə çalışmaq üçün çoxlu kartları var. /apa

Milli.Az