Abşeronda azyaşlı faciəli şəkildə öldü

25 Avqust 2025 09:33

Abşeron rayonunda faciəvi hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.  /"Report"

Milli.Az