Türkiyədə zəlzələ oldu

24 Avqust 2025 23:42

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, AFAD-ın məlumatına görə, yeraltı təkanlar saat 21:58-də Bakı vaxtı ilə (Bakı vaxtı ilə 22:58) baş verib.

Zəlzələnin maqnitudası 4,8, dərinliyi isə 7 kilometr olub.

Hadisə ilə bağlı dağıntı və xəsarət barədə məlumat verilməyib. Rəsmilər vəziyyəti izlədiklərini açıqlayıblar. 
 

Milli.Az