Zelenski Trampın nümayəndəsini ordenlə təltif etdi - VİDEO

24 Avqust 2025 22:12

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə səfərdədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Kelloq Kiyevdə Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edir.

Mərasim zamanı Ukrayna Prezidenti Vladimir Zelenski Keyt Kelloqu 1-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib.

Milli.Az