Pirə ziyarətə gedən iki qardaş və əmiləri faciəvi şəkildə öldü - YENİLƏNİB

24 Avqust 2025 20:32

20:32

Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub.

APA-nin Şirvan bürosu xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri - 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.

Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır.

-----------
18:51

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verlən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Milli.Az