Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy Bodrumda yeni yay evi alıb. Məlumata görə, aktyorun yeni mülkü lüks Six Senses Kaplankaya otel kompleksinə yaxın ərazidə yerləşir.
Sözügedən bölgə Türkiyənin iqtisadi elitasının - iş adamlarının, musiqiçilərin, incəsənət nümayəndələrinin, xeyriyyəçilərin, siyasətçilərin və aktyor-aktrisaların sevimli istirahət və yay iqamətgahı kimi tanınır. Hətta məşhur Sabancı ailəsinin də bu ərazidə yay evi olduğu bildirilir.
Ulusoyun aldığı mülk üçün 80 milyon lirəyə qədər məbləğ ödədiyi qeyd olunub.
İzzət Özilhan, Acun Ilıcalı, Ali Koç və Sabancı ailəsi kimi bir çox tanınmış şəxsin də mülk sahibi olduğu bu komplekstdə villaların qiyməti 3 ilə 20 milyon dollar arasında dəyişir.
Ərazidəki xüsusi çimərliklər və mühafizə olunan infrastruktur da diqqət çəkir.
Lalə Qüdrətova
Milli.Az