Modriç tarixə düşdü

24 Avqust 2025 15:45

Luka Modriç İtaliya A seriyasında debüt edən ən yaşlı futbolçu olub.

Milli.Az xəbər verir ki, "Milan"ın 39 yaşlı yarımmüdafiəçi buna ilk turda "Kremoneze" ilə matçda meydana çıxmaqla nail olub.

O, A seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib. Qarşılaşma "Milan"ın məğlubiyyəti ilə bitib - 1:2.

Qeyd edək ki, Modriç bu yay "Real"dan ayrılaraq azad agent kimi "Milan"a keçib. /"Qafqazinfo" 

Milli.Az