64 yaşlı kişi faciəli şəkildə öldü

24 Avqust 2025 12:05

Beylaqan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, 1961-ci il təvəllüdlü Həsən Hüseynov bir neçə gün öncə ehtiyatsızlıqdan ot tayasından yıxılıb.

O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az