“Atletiko” heç-heçə etdi, “Barselonadan çətin QƏLƏBƏ

24 Avqust 2025 11:10

La Liqanın ikinci turunda Madridin "Atletiko" klubu doğma meydanda "Elçe" ilə qarşılaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  görüşdə hesabı 8-ci dəqiqədə Aleksander Sörlot açıb. "Elçe" isə Rafael Mir Visentenin qolu ilə hesabı bərabərləşdirib - 1:1. Beləliklə, "Atletiko" bu mövsümdə ardıcıl ikinci heç-heçə nəticəsini qeydə alıb.

Digər qarşılaşmada "Barselona" çətin qələbə qazanıb. "Levante" ilə oyunda ilk hissədə 0:2 hesabı ilə geri düşən kataloniyalılar fasilədən sonra geriyə dönüb, 3 qol vuraraq Hans Flikin komandası 3 xalı əldə edib.

Milli.Az