Milli komandamızın kapitanı Türkiyə klubunda - RƏSMİ

23 Avqust 2025 23:20

"Krasnodar"dan ayrılan Azərbaycan milli komandasının üzvü Sevinc Cəfərzadənin yeni klubu müəyyənləşib. 

Milli.Az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, "Yüksekova" klubu ilə anlaşıb və 2025-26 mövsümündən bu klubun formasını geyinəcək. Sözügedən klub Türkiyə 1-ci Liqasında mübarizə aparır. 

Qeyd edək ki, yığmamızın qolkiperi Aytac Şərifova da bu komandada çıxış edir.

Xatırladaq ki, S.Cəfərzadə 2021-ci ildən "Krasnodar"ın formasını geyinirdi. 
 

Milli.Az