Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

23 Avqust 2025 21:45

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Milli.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, Qostomel qəsəbəsində yaşayan Orucov Əfqan Hümbət oğlu avqustun 19-da Sumi vilayətində döyüş zamanı həyatını itirib.

Məlumata görə, o, ərazi müdafiə taborunun pilotsuz uçuş aparatlarının idarəsi üzrə bölməsində xidmət edib.

Milli.Az