Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +21 dərəcədən +24 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +19 dərəcədən +23 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacaq.
Milli.Az