Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu - FOTO

23 Avqust 2025 13:30

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli Türkiyənin Eskişehir Osmangazi Universitetinə qəbul olub.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, o sözügedən universitetdə "Biznesin idarə edilməsi" fakültəsinin eyniadlı bölümündə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Milli.Az