Ən yüksək balı toplayan Fuad bu universitetdə təhsil alacaq

22 Avqust 2025 23:52

Xəbər verdiyimiz  kimi,  II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərmişdi.

Milli.Az xəbər  verir  ki, artıq imtahanların nəticələri rəsmən açıqlanıb və ixtisas seçimləri təsdiqlənib.

Fuad Cənnətov  ümumi balı  674 olmaqla Bakı Ali Neft Məktəbinin  "Maliyyə" ixtisası üzrə təhsil alacaq.

Milli.Az