Messinin mühafizəçisinin illik qazancı üzə çıxdı! - İnanılmazdır

22 Avqust 2025 20:45

Argentina ulduzu Lionel Messinin 3 ildir şəxsi mühafizəçisi olan Yassine Cheukonun illik 167 milyon lirə qazandığı məlum olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Cheuko Messinin yanında gəzərək onun şəxsi mühafizəsini təmin edir və illik 3,5 milyon avro (167 milyon lirə) qazanır. Keçmiş hərbçi olan Cheukonun həftədə 3 gün istirahət haqqının olduğu, özünə məxsus xüsusi avtomobil və evlə təmin edildiyi, həmçinin limitsiz xərcləmə azadlığına sahib olduğu bildirilib.

MLS rəhbərliyi isə bir neçə ay əvvəl qərar qəbul edərək, Messinin təhlükəsizliyindən məsul olan Cheukonun meydana daxil olmasını qadağan etmişdi. Qadağanın səbəbi kimi isə Cheukonun meydana daxil olan azarkeşlərə sərt müdaxilələr etməsi göstərilmişdi.

Lalə Qüdrətova
Milli.Az