Astarada 47 yaşlı qadın qətlə yetirildi - oğlu saxlanıldı - YENİLƏNİB

22 Avqust 2025 20:32

20:32

Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M. Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

--------
18:32


Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.
 

Milli.Az