Monako knyazı məşhur maşınlarını satır - FOTO

26 İyul 2012 10:42
Milli.Az "European"a istinadən bildirir ki, "Artcurial Motorcars" hərracında knyazın kolleksiyasından 38 nadir maşın satılır.
Onların arasında Bentley, Citroen, Mercedes, Chevrolet, Porsche, Panhard, Maxwell də var.

"Avtomobillərə sevgi Qrimaldi sülaləsinin mənsublarının qanındadır. Bu kolleksiya mənimçün çox önəmli və əzizdir", - knyaz deyib.

150 maşının olduğu kolleksiyadan 38 avtomobil satılacaq və əldə edilən pullar hesabına knyaz kolleksiyasına başqa avtomobillər almaq niyyətindədir.

Bu gün başlanmış hərrac 4 gün davam edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





















































Fotolar: SWNS