Politoloq Sergey Markov Rusiyada xarici agent elan edildi

22 Avqust 2025 18:23

Rusiya Ədliyyə Nazirliyi dörd nəfəri və iki təşkilatı xarici agentlər siyahısına əlavə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, siyahıya daxil edilənlər arasında politoloq Sergey Markov da var.

S. Markovla yanaşı, bloger Dmitri Nyuberq, din xadimi Andrey Kordoçkin və aktivist Radjana Duqarova, eləcə də "Tamizdatproject.org" və "Alif TV" layihələri də xarici agentlərin reyestrinə daxil edilib.

Milli.Az